AŞPA-nın yay sessiyası təxirə salındı
30 aprel 2020 17:50 (UTC +04:00)

AŞPA-nın yay sessiyası təxirə salındı


Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası yeni növ koronavirus (COVID-19) səbəbindən təxirə salınıb.

APA-nın xəbərinə görə, bu barədə AŞPA Prezidenti Hendrik Daems bildirib.

AŞPA Prezidenti deyib ki, iyunun 22-26-da plenar iclasdan daha aşağı səviyyəli - Büro və Daimi Komitə iclasları keçiriləcək.

Qeyd edək ki, AŞPA-nın yay sessiyası iyunun 22-26-da keçiriləcəkdi.

# 1271
avatar

Oxşar yazılar