12:38
30 Aprel 2020

Yığmamızın hücumçusu Belarus klubunda


Qadınlardan ibarət Azərbaycan milli komandasının voleybolçusu Marqarita Əzizova karyerasını Belarusda davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, milliləşən legioner “Minçanka” klubuna keçib.

O, yeni komandası ilə bir mövsümlük anlaşıb. Diaqonal oyunçusu yeni klubunda 10 nömrəli forma ilə çıxış edəcək.

2012-17-ci illərdə “Telekom”da oynamış Əzizova Azərbaycan çempionatlarının qızıl (2017) və gümüş (2016) mükafatçısıdır. O, Türkiyə və Polşa klublarında da legioner həyatı yaşayıb.

27 yaşlı hücumçu Minsk təmsilçisinə keçidindən məmnun qaldığını açıqlayıb: “Minçanka”ya keçidimə çox şadam. Klub barədə çox eşitmişəm və Superliqada izləmişəm. Həm də mən Rusiya çempionatında oynamağı həmişə çox istəmişəm”.

Qeyd edək ki, “Minçanka” Rusiya Superliqasında çıxış edir.

Dİgər xəbərlər