08:08
30 Aprel 2020

Rusiyada terrorun qarşısı alındı: ölənlər var

Rusiyanın FSB əməkdaşları Yekaterinburqun Çkalovski rayonunda anti-terror əməliyyatı keçirərək planlaşdırılmış terror hadisəsinin qarşısını alıb. Əməliyyat zamanı 3 yaraqlı öldürülüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Milli Terrorla Mübarizə Komitəsi məlumat yayıb.

Bildirilib ki, əvvəlcədən hazırlanmış terror aktının qarşısı vaxtında alınıb.

Əməliyyat zamanı ərazidə kustar üsulla hazırlanmış partlayıcı qurğular, silah və sursat aşkarlanıb.

Dİgər xəbərlər