18:11
29 Aprel 2020

ABŞ-dan Çinə koronavirusla bağlı daha bir İTTİHAM

ABŞ Dövlət katibi Mayk Pompeo ölkəsinin Çindəki laboratoriyalarla bağlı narahatlıq keçirdiyini bildirib.
APA-nın xəbərin görə, ABŞ Dövlət katibi "Fox" kanalına müsahibəsində deyib ki, dünya yeni növ koronavirus (COVID-19) infeksiyasının necə meydana çıxması ilə bağlı daha dərin informasiyaya ehtiyac duyur.

“Sizə deyə bilərəm ki, Çindəki laboratoriyalarla bağlı real narahatlıqlarımız mövcuddur. Mən hələ də Çin Kommunist Partiyasının laboratoriyalarda baş verənləri bizə izah etməməsindən narahatam”, - M. Pompeo vurğulayıb.

Dövlət katibi Çin hökumətinin virusla bağlı məlumatları gizlətməyə davam etdiyini və ABŞ mütəxəssislərinin ölkəyə girişinə icazə verməyəcəyini qeyd edib: “Mütəxəssislərimizin hadisə yerinə getməsi üçün göstərdiyimiz bütün səylərə baxmayaraq, onlar hələ də hər şeyi gizlətməyə davam edirlər. Bu, yanlışdır və dünyaya təhlükə yaratmağa davam edir. Bizim hamımız burada baş verənləri dərindən bilməliyik”.

Dİgər xəbərlər