İranda spirtli içkidən ölənlərin sayı artdı
29 aprel 2020 18:02 (UTC +04:00)

İranda spirtli içkidən ölənlərin sayı artdı

İranda spirtli işçidən zəhərlənənlərin sayı kəskin artıb.

APA xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanus Cahanpur İranda koronavirus (COVID-19) infeksiyasının aşkarlanmasından sonra ölkədə 5011 nəfərin alkoqoldan zəhərləndiyini açıqlayıb. Onlardan 700 nəfəri ölüb, 90 nəfəri isə görmək qabiliyyətini itirib.

K. Cahahpurun sözlərinə görə, spirtli içki qəbulunun virusu məhv etdiyinə inanan şəxslər COVID-19-a yoluxmamaq üçün alkoqollu içki içirlər. 

Qeyd olunub ki, ötən il ölkədə spirtli içkidən zəhərlənmiş şəxslərdən cəmi 66 nəfəri ölüb.

# 1318
avatar

Oxşar yazılar