03:20
28 Aprel 2020

Rusiya ordusunda yoluxma sayı artdı

Rusiya Federasiyası Silahlı Qüvvələrində koronavirusa yoluxan hərbi qulluqçuların sayı 901-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoluxanlardan 2 nəfərin vəziyyəti ağırdır, biri süni tənəffüz cihazına qoşulub, digəri isə Moskvaya çatdırılıb: “324 xəstə Müdafiə Nazirliyinin hospitalında, 176 nəfər tibb məntəqəsində, 6 nəfər mülki tibb müəssisələrində müalicə olunur. Digər 395 nəfər isə ev şəraitində karantinə alınıb”.

Müdafiə Nazirliyinin hərbi liseylərinin kursantlarından da yeni virusa yoluxanların olduğu bildirilib. Son məlumatlara görə, onların sayı 963 nəfərə çatıb.

Dİgər xəbərlər