10:52
27 Aprel 2020

Müğənnimiz karantinə görə dövlətdən min manat aldı - VİDEO

“Faytonçu” Nazim Pişyari karantin dövründə hökumətdən yardım alıb.

Lent.az -ın məlumatına görə, ifaçı bu barədə “Hüseynova bacıları” verilişində bildirib:

“Müğənnilər azad vergi ödəyicisidir. Adımız azad sahibkar kimi gedir. Bu karantin müddətində dövlətimizin bizə yardımı oldu. Təxminən 2-3 gün öncə dövlətimiz tərəfindən mənə 1000 manat yardım olundu. Digər müğənnilər də mənim kimi vergi ödəyicisidirlərsə, onlar da bu pulu ala bilərlər. Dövlətimizin karantin dövründə azad sahibkarlara dəstəyi var. Vaxtında vergi ödəməyin xeyiri var”.

Dİgər xəbərlər