10:29
27 Aprel 2020

"Yardımı videoya çəkmək, paylaşmaq ayıbdır" - Əməkdar artist

Uzun illərdir Türkiyədə yaşayan Əməkdar artist Məlahət Abbasova məşhurların yardım aksiyasından danışıb.

Lent.az -ın məlumatına görə, Instaqramda canlı səhifə açan aktrisa bildirib ki, yardımı lentə aldırmaq məqsədə uyğun deyil: “Türkiyədə bir ailəni himayəmə götürdüyüm doğrudur. Burada da ehtiyacı olanlara yardım edirlər. Amma onu videoya çəkmirlər. Burada bir az fərqlidir. İnsan insana yaxşılıq etməlidir, amma bunu videoya çəkmək düzgün deyil. Ayıb bir işdir”.

Dİgər xəbərlər