1301
17:46
26 Aprel 2020

Belarus 10 min həddini keçdi

Belarusda yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 10 min 463 nəfərə çatıb.

Lent.az -ın BELTA-ya istinadən verdiyi məlumata görə, test aparılan 147 min 525 nəfərdən 7,1 faizində koronavirus aşkarlanıb.

Bu günə qədər 1695 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Ötən dövr ərzində virusa yoluxan 72 nəfər ölüb.