“ASAN" Könüllüləri Təşkilatı  "Azərsun" Holdingin xüsusi karantin rejimi dövründəki  sosial təşəbbüsünə dəstək göstərib.
4 gün müddətini əhatə edəcək layihə çərçivəsində Bakı şəhəri ərazisində 2 növbə  üzrə   160 stasionar postda xidmət aparan polis əməkdaşlarına  ASAN könüllüləri tərəfindən "Azərsun" məhsulları və çay termosları hədiyyə olunacaq. 
 #VAROLUN sosial çağırışı ilə həyata keçiriləcək layihənin məqsədi xüsusi karantin rejimi dövründə fasiləsiz xidmət göstərən polislərə vətəndaşlarımızın təşəkkür mesajının çatdırılmasıdır.
 
                            
                        ® “ASAN” Könüllüləri və “Azərsun”dan polislərə təşəkkür!
                                    
                                    
                                    0
                                
                                
                                    
                                    
                                    0
                                
                            
                                            
                                            
                                            0
                                        
                                        
                                            
                                            
                                            0
                                        
                                     
                 
     
                                             
                                             
                                             
                                            