02:20
24 Aprel 2020

Roma Papası üç ölkənin xəstəxanalarına tibbi ləvazimatlar bağışladı

Roma Papası Fransisk İtaliyanın Leççe, İspaniyanın Madrid və Rumıniyanın Sucava şəhərlərində yerləşən xəstəxanalara tibbi ləvazimatlar (qoruyucu maskalar, gözlüklər, süni tənəffüz aparatı və s.) bağışlayıb.

APA-nın ANSA-ya istinadən verdiyi xəbərə görə, Papa bundan əvvəl pandemiyadan ən çox əziyyət çəkən Berqamo şəhərindəki Papa XXIII İohanın adını daşıyan xəstəxana üçün 60 min avro bağışlayıb.

Bundan əlavə, Roma Katolik Kilsəsi rəhbərinin tapşırığı ilə pandemiya ilə mübarizəyə kömək məqsədilə təcili fond yaradılıb.

Hazırda Vatikanın da digər ölkələr kimi, ciddi maliyyə çətinlikləri ilə üzləşdiyi bildirilir. Martın 9-dan əsas ianələrin toplandığı mərkəzlər, muzeylər bağlanıb.

Qeyd edək ki, Vatikanın 9 işçisi koronavirusa yoluxub.

Dİgər xəbərlər