23:08
22 Aprel 2020

Türkiyədə daha 117 nəfər koronavirusdan öldü

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 117 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə bu gün yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə əlaqədar Türkiyədə yaradılan Elm Qurumunun toplantısından sonra açıqlama verən Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir deyib ki, son 24 saatda 37 535 şübhəli koronavirus testindən keçib, onlardan 3083-nün cavabı pozitiv çıxıb. F.Qoca Türkiyədə indiyə qədər 750 944 nəfərin testdən keçdiyini deyib.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 2376 nəfər ölüb, 98 674 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1814 nəfəri reanimasiyadadır, 16 477 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 1559 xəstə bu gün evə buraxılıb.

Dİgər xəbərlər