18:34
21 Aprel 2020

Əməkdar artist övladları barədə görün nələr dedi - VİDEO

Əməkdar artist Rəşad İlyasov övladları barədə danışıb.

Lent.az -ın canlı yayımında qonaq olan ifaçı bildirib ki, övladının peşə seçiminə qarışmayacaq:

“Zamanında valideynlərim mənə peşə seçimimdə qadağalar qoymayıb. Sadəcə, yadımdadır, anam mənə deyirdi, istəmirəm ki, övladlarım incəsənət sahəsində olsun. Çünki bacısı, qardaşı incəsənətdə idi. Anam jurnalist, böyük dayım filoloq idi. Oğlum mənə söylədi ki, musiqiyə getmək istəyirəm. Mən də tarı sevdiyim üçün ona tarı seçməyini təklif etdim. Çünki tarın Azərbaycanda tədrisi çox yaxşıdır. Qızım da pianoçudur. Övladlarım hansı peşəni seçəcəklərsə, mən də ata kimi kömək edəcəyəm”.

R.İlyasovun bir oğlu və bir qızı var.

Müğənninin müsahibəsinin davamına aşağıdakı videoda baxa bilərsiniz.

Dİgər xəbərlər