11:24
21 Aprel 2020

Bu laləni qoparan 60 min cərimələnə bilər

Türkiyənin çox az bölgəsində bitən və xalq arasında həzrəti İsanın çarmıxa çəkilməsindən hüznlənərək ağlayan Məryəmin göz yaşlarını ifadə etdiyinə inanılan tərs lalələr açmağa başlayıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir və Elazığ dağlarında açan lalələrə hüznləndiyi üçün başını aşağı salıb "ağlayan lalələr" adı verilib.

"Ağlayan gəlin" olaraq bilinən lalələrlə bağlı maraqlı cəhət ondan ibarətdir ki, bu bitkilərin yox olmaq təhlükəsi var. Buna görə də Türkiyədə xüsusi mühafizə olunan bitkilər siyahısında yer alıb. Bu lalələri qoparanları 60 min lirə cəza gözləyir.

Lalələrin açması ilə bölgə fotoqrafçıların axınına məruz qalır. Lalələrin qorunmasına isə jandarma nəzarət edir.

Qeyd edək ki, gecə boyunca üzərinə toplanan şeh gündüz bitkinin yarpaqlarından süzülməyə başlayır. "Ağlayan lalə" bitkiyə bu görüntüyə görə verilib.

Dİgər xəbərlər