"Neftçi"nin müdafiəçisi Vild-Donald Gerye nümunəvi addımla diqqət mərkəzinə düşüb.
Apasport.az saytının məlumatına görə, Haiti millisinin üzvü ölkə səhiyyəsinə yardım edib.
Gerye koronavirus pandemiyası ilə mübarizədə ölkəsinə dəstək nümayiş etdirib. Dünyanın ən kasıb ölkələrindən olan Haitidə bir çox xəstələri qəbul etmək üçün lazımi avadanlıqlar yoxdur, yerli həkimlər də koronavirusa yoluxmaların sayının artmasından qorxurlar.
Düzdür, hazırda koronavirus xəstəsi ən az olan ölkələrdən biri Haitidir. Bu günə qədər ölkədə 47 belə infeksiya aşkarlanıb. Gerye isə iki xəstəxana üçün 20 min çarpayılıq bir düşərgə qurub və orada xəstələrin qəbulu üçün şərait yaradılıb.
Qeyd edək ki, Vild-Donald Gerye bir müddət əvvəl evsiz bir haitiliyə 5000 dollar yardım edib.

Geryedən nümunəvi addım - koronavirusla mübarizəyə qoşuldu
Oxşar yazılar

Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46
Heç vaxt belə şey olmayıb: O komandaya keçmək üçün sevgilisindən ayrıldı
11 iyul 2025 , 19:06
Modriç “Real”da onu əvəz edə biləcək oyunçunu AÇIQLADI
11 iyul 2025 , 18:24
Yamaldan futbol tarixinin ən böyük oyunçusu ilə bağlı QƏTİ QƏRAR
11 iyul 2025 , 15:31