Dünyada koronavirusdan 152 min 551 nəfər ölüb
20 aprel 2020 00:08 (UTC +04:00)

Dünyada koronavirusdan 152 min 551 nəfər ölüb

 

Dünyada koronavirusa yoluxanların sayı 2241359 nəfərə çatıb. Onlardan 152551 nəfəri dünyasını dəyişib. 

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edilib ki, son sutka ərzində dünyada yeni virusa yoluxanların sayı 81153, qurbanların sayı isə 6463 nəfər olub. 

Ən çox yoluxma halları yenə də Avropada qeydə alınıb – 1122189 nəfər.

# 931
avatar

Oxşar yazılar