11:19
18 Aprel 2020

Azərbaycandakı günəş elektrik stansiyaları istehsalı artırıb


Bu ilin yanvar-mart aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 24,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,9% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-mart aylarında günəş enerjisi ilə işləyən stansiyaların tərəfindən isə 8,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (6,1% artım).

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 6 672,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 5,2% azdır. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 6 221,4 mln. kVt-saat istilik (7,4%-lik artım), 216 mln. kVt-saat su elektrik (26,8% azalma) stansiyaların payına düşüb.

Dİgər xəbərlər