07:16
16 Aprel 2020

Almaniya hökuməti kütləvi tədbirləri avqustun 31-dək qadağan edir


Almaniya hökuməti və Almaniya federal əyalətlərinin hakimiyyəti avqustun 31-dək bütün kütləvi tədbirlərin qadağan edilməsi barədə razılığa gəliblər.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Bild" qəzeti məlumat yayıb.

Qadağan ediləcək fəaliyyət dairəsinin bölgə hakimiyyəti tərəfindən müəyyən ediləcəyi bildirilib.

Almaniya kansleri Angela Merkelin Almaniyanın Federal ərazilərin Baş nazirləri ilə görüşündə ölkədə mayın 3-dək qoyulan məhdudiyyət qüvvədə qalması razılaşdırılıb.

Qeyd edək ki, mümkün olan istisnalar kimi, sahəsi 800 kvadratmetrdən çox olmayan ticarət obyektlərinin fəaliyyətinə icazə, eləcə də ibtidai və orta məktəblərin açılması barədə qərarın birbaşa federal ərazi rəhbərləri tərəfindən qəbul edilməsi mümkündür.

Dİgər xəbərlər