576
11:43
14 Aprel 2020

Dövlət Rəsm Qalereyasında “Rəssamın evi” adlı virtual sərgi açıldı

Azərbaycan Dövlət Rəsm Qalereyası “Evdə qal-qalib gəl!” layihəsi çərçivəsində “Rəssamın evi” adlı virtual sərgi təşkil edib.

Lent.az xəbər verir ki, Azərbaycan Dövlət Rəsm Qalereyası sənətsevərləri xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində sərgi salonlarının müvəqqəti bağlı olmasını nəzərə alaraq virtual sərgini izləməyə dəvət edib.

Sərgi müxtəlif texnikada, rəssamların yaradıcı mühitinin təsvirini əhatə edən mövzularda Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərlərdən ibarət olmub. Sərgidə Əyyub Məmmədov "Rəssamın yanında", Altay Sadıqzadə "Emalatxanada", Fikrət Bağırov "Rəssamın emalatxanasında", Elbəy Rzaquliyev "Rəssam", İbrahim Rzayev "Rəssam tarlada", Rasim Babayev "Rəssamların arasında", Tələt Şıxəliyev "Rəssamlar və modellər", Tofiq Ağababayev "Xəzər-cəbhəyə", Mirnadir Zeynalov "Latış rəssamı Osvaldonun portreti", Faiq Ağayev "Xalq rəssamı Mikayıl Abdullayevin portreti", Asəf Cəfərov "L.Feyzullayevin portreti", Sakit Məmmədov "Emalatxana", Qafar Seyfullayev "Xalq rəssamı K.Xanlarovun portreti", Tələt Şıxəliyev "Gənc rəssam", Telman Abdinov "Rəssamın stolu" və Əbdül Əbdülxalıq "Əzim Əzimzadənin portreti" kimi əsərlər yer alıb.

Virtual sərgini Azərbaycan Dövlət Rəsm Qalereyasının sosial media hesabları vasitəsilə izləmək mümkündür.