620
11:21
14 Aprel 2020

Türkiyədə partiya sədri koronavirusdan öldü


Türkiyədə partiya sədri koronavirusdan vəfat edib.

APA-nın məlumatına görə, Müstəqil Türkiyə Partiyasının sədri (BTP) Haydar Baş Trabzonda koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onunla yanaşı, səkkiz ailə üzvü də koronavirusa yoluxub.

Dörd gün xəstəxanada müalicə alan H. Baş vəziyyəti pisləşdiyi üçün dünən reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, H. Baş vəfat edib.