801
11:11
13 Aprel 2020

"Daha da əzməyə çalışacaqlar" - Samir şikayət etdi

“Dost nə deməkdir?! Bir çoxu bunu həqiqətən anlamır”.

Bu sözləri müğənni Samir Cavadzadə social şəbəkədəki səhifəsində yazıb. O, etibarsız dostları barədə bunları qeyd edib:

“Cüzi də pislik etməmişəm, amma nədənsə qarşı tərəfdən mənasız, yersiz hərəkətlər çox gördüm... Mən sakitcə aralanmışam. Bir şeyi dəfələrlə görüb anlayıram ki, heç vaxt pis durumunu çox adama göstərib və bildirmək olmaz! Mütləq bundan istifadə edib, səni aciz bilib, artıq bəyənməyəcəklər və daha da əzməyə çalışacaqlar! Hər kəsə sadiq və əsl dost arzusu ilə”.