18:36
11 Aprel 2020

"Qarabağ"ın rəqibi olmuş futbolçu İngiltərədə!

Bu mövsüm Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Düdelanj”ın futbolçusu Danel Sinani karyerasını İngiltərədə davam etdirəcək.

Premyer Liqa təmsilçisi “Norviç” rəsmi saytı vasitəsi ilə 23 yaşlı lüksemburqlu yarımmüdafiəçini transfer etdiyini açıqlayıb. O, yeni klubuna azad agent kimi mövsüm başa çatdıqdan sonra qoşulacaq. Müqavilənin müddəti 2023-cü ilin yayına qədərdir. Onun illik 400 min avro qazanacağı bildirilir.

Qeyd edək ki, D.Sinani Lüksemburq liqasında 17 oyuna 14, Avropa Liqasında isə 5 qrup matçında 4 qol vurub (ikisini "Sevilya, ikisini APOEL-ə). O, Lüksemburqda "Qarabağ"a qarşı matçın (1:4) iştirakçısı olub. /qol.az

Dİgər xəbərlər