17:44
11 Aprel 2020

"Real Madrid" onu transfer etmək istəyir

“Real”ın baş məşqçisi Zinəddin Zidan klub rəhbərliyindən mərkəz müdafiəsini gücləndirməyi xahiş edib.

O, “RB Leyptsiq”in futbolçusu Dayo Upamekanonun transferini istəyir. Zidan Fransa millisinin 21 yaşlı oyunçusunu Serxio Ramos və Rafael Varanın birnömrəli əvəzləyicisi qismində görür.

Hazırda bu işi “Real”da braziliyalı Eder Militao görür. Amma Zidanın braziliyalı bu futbolçunun oyunundan razı qalmadığı bildirilir. /qol.az

Dİgər xəbərlər