10:46
11 Aprel 2020

Cəmilənin yeni istedadı üzə çıxdı - İLK DƏFƏ DANIŞDI

"Elit-star" ləqəbi ilə tanınan müğənni Cəmilə İsgəndərova ifaçılıqdan savayı olan istedadından danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı "Ona qalsa" verilişində bildirib ki, yaxşı paltar tikir:

"Qadınların işi heç zaman bitmir. Ev işlərini çox gözəl bacarıram. Mən həm paltar toxuyuram, həm də tikirəm. Karantin başlayandan 3 köynək toxumuşam. Tez toxuyanam. Aşağısından başlayıram, yuxarısında qurtarıram. Bu istetad məndə çoxdan var. Əksər geyimlərimi özüm tikirəm. Mən 4-cü sinifdə oxuyandan paltar tikirəm. Bunu ilk dəfədir ki, açıqladım".

Dİgər xəbərlər