Dünən yollarda 2 nəfər ölüb
10 aprel 2020 13:09 (UTC +04:00)

Dünən yollarda 2 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 14 cinayətin üstünü “isti izlər”lə açıb.  

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.    

Axtarışda olduğuna görə ümumilikdə 3 nəfər nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

# 1015
avatar

Mehman Nəbiyev

Oxşar yazılar