Evdən siqaret almağa çıxdı, yol kənarında...
10 aprel 2020 10:57 (UTC +04:00)

Evdən siqaret almağa çıxdı, yol kənarında...

44 yaşlı Şabran rayon sakini Kərimov Cavidan Məmməd oğlunun meyiti yolun Siyəzən rayonundan keçən hissəsində torpaq ərazidən tapılıb.

Lent.az-ın məlumatına görə, faktla bağlı hadisə yerinə və meyitə baxış keçiriilib. Meyit müayinə olunan zaman birbaşa ölümlə əlaqədar heç bir xəsarət aşakr edilməyib.

Yaxın qohumlarından alınan izahat zamanı müəyyən edilib ki, C.Kərimov aprelin 7-də axşam saatlarında qardaşının evinə gəlib və gecəni orada qalıb. Səhər saat 07:50-də evdən siqaret almaq üçün çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırma aparılır.

# 1761
avatar

Mehman Nəbiyev

Oxşar yazılar