Karantin rejimini pozduğu üçün 11 min 318 sürücü məsuliyyətə cəlb olundu - DYP
10 aprel 2020 09:40 (UTC +04:00)

Karantin rejimini pozduğu üçün 11 min 318 sürücü məsuliyyətə cəlb olundu - DYP

Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar son sutka ərzində görülmüş işlər barədə məlumat yayıb.

İdarədən Lent.az-a daxil olan məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə ötən gün respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1359 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə aprelin 1-dən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 11318 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

# 938
avatar

Mehman Nəbiyev

Oxşar yazılar