558
19:09
09 Aprel 2020

Dünyada koronavirusa yoluxanların sayı milyon yarımı keçdi


Dünyada yeni tip koronavirusa (COVID-19) yoluxanların sayı 1 milyon yarımı ötərək 1,538,304 nəfər olub.

APA “worldmeters”ə istinadən xəbər verir ki, koronavirusdan ölənlərin sayı isə 90 minə yaxınlaşıb. Virusdan sağalanların sayı 340,467 nəfərdir.

Qeyd edək ki, koronavirusa yoluxma sayına görə, ilk sırada ABŞ, sonrakı sıralarda isə İspaniya və İtaliyadır.