10:06
09 Aprel 2020

Avropa çempionu koronavirusdan öldü

İtaliyalı yüngül atlet Donato Sabiya 56 yaşında koronavirusdan vəfat edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o bir neçə gün intensiv terapiya palatasında qalsa da, həyatını xilas etmək mümkün olmayıb.

Sabiya İtaliyanı iki Olimpiadada – 1984 və 1988-ci illərdə təmsil edib. O, 1984-cü ildə 800 metr məsafəyə qaçış üzrə Avropa çempionu olub.

Dİgər xəbərlər