Piyadanı öldürüb qaçan sürücü tutuldu
08 aprel 2020 18:15 (UTC +04:00)

Piyadanı öldürüb qaçan sürücü tutuldu

Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutulub.

Lent.az xəbər verir ki, Baş Prokurorluq və Bakı şəhər Baş Polis İdarəsinin yaydığı birgə məlumata əsasən, aprelin 3-də saat 23 radələrində Xətai rayonunun ərazisində naməlum sürücü idarə etdiyi avtomobillə yolu keçən piyada 54 yaşlı Ağacanov Sadat Şahmar oğlunu vurub öldürərək hadisə yerindən qaçıb. Faktla bağlı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol nəqliyyat hadisəsinin “Chevrolet Niva” markalı avtomobilin sürücüsü – 42 yaşlı İbrahimov Fuad Alı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fuad İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir

# 1248
avatar

Mehman Nəbiyev

Oxşar yazılar