Nazirdən saytda yaranan problemlə bağlı AÇIQLAMA
07 aprel 2020 18:39 (UTC +04:00)

Nazirdən saytda yaranan problemlə bağlı AÇIQLAMA

“Bir müraciət ən azı 20 sorğu yaradır və 20 sorğu üzərindən iş aparılır”.

Lent.az məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, əgər gün ərzində 100 min  müraciət olursa, bu 2-3 milyon əməliyyatın aparılması deməkdir:

“Buna görə də təhlükə yaranmaması üçün biz saytda buraxıcılıq qabiliyyətini aşağı salırıq. Əgər vətəndaşkar günün hər hansı saatında sayta daxil ola bilməzsə, yarım saat, 1 aaat sonra yenidən cəhd etsinlər.

Qeyd edim ki, nazirliyinin saytının buraxıcılıq qabiliyyəti aprel ayının 1-dən 10 dəfə artırılıb. Əvvəllər saytda 3 000 şəxs eyni anda əməliyyat apara bilirdisə, artıq 300 000 şəxs bunu edə bilir. Ona görə də heç kəs narahat olmasın. Çətinliklər müvəqqətidir. Ajiotaj aradan qalxdıqca müraciət daha sərbəst olacaq”. 

# 3584
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar