Banklar sosial ödənişlər zamanı faiz tutmayacaq - RƏSMİ
07 aprel 2020 18:06 (UTC +04:00)

Banklar sosial ödənişlər zamanı faiz tutmayacaq - RƏSMİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN), Azərbaycan Mərkəzi Bank və "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi ilə razılaşdırma əldə edib.

Lent.az məlumat verir ki, bu barədə əmək və əhalimin sosial sosial müdafiəsi naziri Sahil Babayev bildirib. O qeyd edib ki, razılaşdırmaya əsasən bütün banklar sosial ödənişlərdən əlavə faiz tutmayacaq:

“Bu isə o deməkdir ki, vətəndaşlar ən yaxın olduqları istənilən bankomatlardan ödənişləri əldə edə biləcəklər”.

# 1498
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar