"Evdə qal evdə yarat": Müraciətlərə davam edin!
07 aprel 2020 14:52 (UTC +04:00)

"Evdə qal evdə yarat": Müraciətlərə davam edin!


“Kreativ Azərbaycan” portalının  Mədəniyyət Nazirliyinin dəstəyi ilə Facebook sosial şəbəkəsi vasitəsilə 21 martdan başlatdığı “Evdə qal evdə yarat” təşəbbüsü uğurla davam edir.

Lent.az-ın məlumatına görə, bu günə qədər, portalın Facebook səhifəsində ölkəmizin regionları da daxil olmaqla 1200-dən artıq istifadəçi yaratdıqları müxtəlif məhsullar, əl işləri, rəsm əsərləri, həmçinin ifaçılıq və bədii qiraət nümunələri ilə öz sosial şəbəkə səhifələrində paylaşımlar etməklə bu təşəbbüsə qoşulubr. Sevindirici haldır ki, bir çox məşhurlar, sənət adamları, millət vəkilləri, həmçinin “Söz” ədəbi layihəsi də bu layihədə iştirak edib. Əlavə olaraq, portalın İnstagram səhifəsində də 1000-dən artıq istifadəçi tərəfindən müxtəlif paylaşımlarla təşəbbüs geniş marağa səbəb olub.

30 aprelə qədər davam edəcək təşəbbüsdə iştirak şərtlərini bir daha xatırlatmaq istərdik:

“Kreativ Azərbaycan” portalının Facebook səhifəsini (fb.com/creative.az) öz profilinizdən bəyənin,

Koronavirus infeksiyasının yayıldığı müddətdə evdə olaraq yaratdığınız işi (əl işi, rəsm əsəri, musiqi əsəri, dizayn, video, yazılı mətn, foto, yaradıcı texnologiya və s.) öz səhifənizdə #evdəqalevdəyarat həştəqi ilə paylaşın,

Paylaşımda həmçinin “Kreativ Azərbaycan” Facebook səhifəsini qeyd (tag) etməyi unutmayın.

Evdə keçirdiyimiz vaxt ərzində yaradıcılığımızı işə salaq və pozitivliyə töhvə verək! Bu təşəbbüs həmçinin dəyərli hədiyyələr qazanmaq üçün şans yaradır.

Belə ki, əgər 2020-ci ilin 30 aprel tarixinə kimi sizin işiniz ən çox bəyənilən ("like" alan) işlərdən olsa, deməli qaliblərdən birisiniz və “Kreativ Azərbaycan” portalı və Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif maraqlı hədiyyələr sizi gözləyir.

Qeydlər:

Əgər yaratdığınız musiqi, video, yazılı əsər və ya yaradıcı texnologiyadırsa, digər səhifələrdən linki qeyd edə bilərsiz (Youtube, Vimeo və s.).

#evdeqalevdeyarat həştəqi də yararlı sayılacaq.

Müsabiqə 2020-ci ilin 30 aprel tarixinə kimi davam edəcək.

Müsabiqə ilə bağlı sualları Kreativ Azərbaycan portalının Facebook səhifəsinə ünvanlaya bilərsiz.

Evdə qalıb evdə yaradaraq virusa birlikdə qalib gələk!

 

# 2317
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar