"Hər liqa öz çempionunu açıqlaya bilər" - UEFA prezidenti
07 aprel 2020 13:27 (UTC +04:00)

"Hər liqa öz çempionunu açıqlaya bilər" - UEFA prezidenti

“Əgər yenidən oyunlara başlaya bilməsək, hər liqanın öz çempionunu açıqlaması tövsiyə edilir”. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri UEFA prezidenti Aleksandr Çeferin deyib: 

“Bəzi ölkələrdə koronavirus səbəbilə liqalar yarımçıq qalıb. Həmin dövlətlərin bizə verdiyi məlumata əsasən, liqaların yenidən başlayıb-başlamayacağına qərar verəcəyik. İtaliyanın A seriyası isə yekunlaşa bilər. İngiltərədə "Liverpul"un çempion olacağını düşünürəm. Klub onsuz da Premyer Liqanın qazanmışdı”. 

# 1490
avatar

Mehman Nəbiyev

Oxşar yazılar