Əfv olunan iki ömürlük məhkum azadlığa çıxdı
07 aprel 2020 10:42 (UTC +04:00)

Əfv olunan iki ömürlük məhkum azadlığa çıxdı

Prezidentin imzaladığı əfv sərəncamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş 2 nəfər azadlığa çıxıb. 

APA-nın məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib. 

O bildirib ki, onlardan biri 20 il,  biri 25 il cəza çəkib: "Bundan başqa, 2 nəfər Nardaran hadisələrinə görə həbs olunan şəxs əfvə düşüb. 25 nəfər nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunub".

# 778
avatar

Oxşar yazılar