Azərbaycanda aprelin 9-dək yağış yağacaq
06 aprel 2020 15:54 (UTC +04:00)

Azərbaycanda aprelin 9-dək yağış yağacaq

Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb. 

Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, aprelin 6-sı səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimal-qərb küləyi güclənib, əksər rayonlarda yağış yağıb. 

Küləyin maksimal sürəti Bakı, Xaçmaz və Sumqayıtda 22 m/s, Binə, Ələtdə 20 m/s, Zabrat, Maştağada 18 m/s, Pirallahıda 15 m/s, Neft Daşlarında 17 m/s-dək güclənib. Küləkli hava şəraiti aprelin 7-si səhərədək davam edəcək.

Sarıbaş (Qax), Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Biləsuvar və Kişçayda (Şəki) yağış yağıb. 

Aprelin 9-dək ölkə ərazisində yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

# 579
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar