8 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada öldü
06 aprel 2020 12:02 (UTC +04:00)

8 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada öldü

 

 

Martın 29-da saat axşam saatlarında Sabunçu rayonundakı Şuşa şəhərciyində, “Pətək” marketin qarşısında 28 yaşlı Göygöl rayon sakini Əmirov Yəhya Zakir oğlu idarə etdiyi “BMW-530” markalı maşın Naxçıvan Muxtar Respublikası Babək rayon sakini 44 yaşlı Budaqov Adil Səməd oğluna məxsus “Opel Astra” markalı avtomobillə toqquşub.

Lent.az-ın məlumatına görə, nəticədə “Opel Astra”nın sərnişini, A.Budaqovun qaynı 57 yaşlı Ağayev Elcavan Məcid oğlu xəsarət alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Ancaq o, aprelin 5-də saat 12 radələrində orada ölüb.

Fatkla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsilə cinayət işi başlanıb.

# 1048
avatar

Mehman Nəbiyev

Oxşar yazılar