Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi davam edir
06 aprel 2020 12:26 (UTC +04:00)

Mədəniyyət Nazirliyinin “Yaradıcılığı evdə öyrən” layihəsi davam edir

Hazırda ÜST tərəfindən COVİD-19 xəstəliyinin pandemiya elan edilməsi, xəstəliyin dünya üzrə geniş kütlə arasında yayılmasını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkə ərazisində xüsusi rejimə keçilməsi il bağlı qərar qəbul edilib.

Lent.az xəbər verir ki, bu baxımdan digər sahələrdə olduğu kimi mədəniyyətin onlayn təbliği, insanların evdə asudə vaxtlarını səmərəli təşkili üçün Mədəniyyət Nazirliyinin yeni “Yaradıcılığı evdə öyrən - özünü kəşf et və bacarıqlarınla tanın” adlı layihəyə start verilib.  Layihə insanlara təlim proqramlarından faydalanaraq yeni bacarıqları kəşf etməyə və özünə əminlik hisslərini gücləndirməyə imkan yaratmaq məqsədi daşıyır.

Bununla bağlı Nazirliyinin rəsmi facebook səhifəsindən hər gün yaradıcılıq dərsləri paylaşılır. Bu video dərslər xalq sənətkarlığı, aşıq musiqi, rəsm, bədii qiraət, rəqs kimi mədəniyyətin müxtəlif istiqamələrinə həsr olunur və ev şəraitində milli mədəni irsimizin bu növlərinin insanlar tərəfindən mənimsənilməsini ehtiva edir.  

Aprel ayının 6-dan etibarən Mədəniyyət kanalında da layihənin veriliş forması nümayiş etdiriləcək və ictimaiyyətin faydalanması imkanları genişləndiriləcəkdir.  

# 972
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar