Bakıda beşmərtəbəli yaşayış binası yandı
06 aprel 2020 08:56 (UTC +04:00)

Bakıda beşmərtəbəli yaşayış binası yandı

 

Bakı şəhərinin Xətai rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin bir otağında yataq dəsti 4 m² sahədə və ev əşyaları qismən yanıb. 

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, yüksək temperaturdan otağın pəncərə çərçivəsi qarsalanıb. 

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 1026
avatar

Oxşar yazılar