
Hövsan yaşayış kompleksində hərbi qulluqçulara 436 mənzil ayrıldı

Ölkəmizdə hərbiçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən ardıcıl tədbirlər davam etdirilir.
Lent.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində salınan yeni yaşayış kompleksinin açılışı olub.
Qeyd olunub ki, ölkə başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılan komissiyanın müraciəti əsasında hərbi qulluqçuların mənzillərlə təmin olunması məqsədilə kompleksdə tam təmirli 436 mənzil ayrılıb.
Mənzillər tam təmirli olmaqla yanaşı, zəruri mebel avadanlıqları, fərdi kombi sistemi ilə də təchiz edilib.
Kompleksin daxilində yaşayış üçün bütün infrastruktur yaradılıb. Belə ki, 1920 şagird yerlik məktəb binası, hər biri 90 yerlik iki uşaq bağçası inşa olunaraq sakinlərin ixtiyarına verilib. 20 hektar ərazidə inşa olunan kompleksin həyətində işıqlandırma sistemləri qurulub, yaşıllıq sahəsi salınıb, ətraf abadlaşdırılıb, uşaqların asudə vaxtının səmərəli təşkili üçün park və mini futbol meydançaları yaradılıb. Bütün bunlar da şəhərcik sakinlərinin rahatlığının təmin olunmasına əlverişli şərait yaradır.
“Mənzillər təqdim olunan hərbi qulluqçular və onların ailə üzvləri yaradılan şəraitə, göstərilən qayğıya görə Ali Baş Komandana, Birinci vitse-prezidentə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Dövlətin daim qayğısı ilə əhatə olunan hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə icra olunan mühüm layihələr bundan sonra da ardıcıl xarakter alacaq”, - deyə məlumatda qeyd olunub.

Oxşar yazılar

Balaca Aylanın vəziyyəti yenə pisləşdi – YARDIM EDƏK
25 yanvar 2021 , 18:45
Koronavirus statistikası: 57 nəfər yoluxdu, 273 nəfər sağaldı, 11 nəfər öldü
25 yanvar 2021 , 18:31
FHN-dən bu ərazilərə gedənlərə və yaşayanlara MÜRACİƏT
25 yanvar 2021 , 16:33
"Kontakt Home"un bu reklamı mütəxəssisləri ayağa qaldırdı - FOTO
25 yanvar 2021 , 16:11
Didərgin düşdüyü yurdda şəhidliyə ucalan qəhrəman: “Ölsəm, dərdim yoxdu...”
25 yanvar 2021 , 14:46
Azərbaycana növbəti peyvəndin gətiriləcəyi tarix AÇIQLANDI
25 yanvar 2021 , 13:12
Sabahın HAVA PROQNOZU
25 yanvar 2021 , 12:54
Yusif, Əli, Zəhra, Zeynəb... - Azərbaycanda uşaqlara ən çox verilən ADLAR
25 yanvar 2021 , 12:21