13813
12:18
04 Aprel 2020

Bakı küçələrində koronaviruslu zibillər - REPORTAJ

Son vaxtlar dünyada yayılan koronavirus pandemiyası insanları öz sağlamlığını qorumaq üçün daha diqqətli olmağa vadar edib.

APA TV-nin məlumatına görə, görülən təhlükəsizlik tədbirlərinin fonunda bəzilərimizin laqeydliyi digərlərimiz üçün əsl təhlükə mənbəyinə çevrilir.

Karonavirus infeksiyasından özümüzü və yaxınlarımızı qorumaq məqsədilə müxtəlif vasitələrdən istifadə edirik. Ancaq bir məqamı unutmayaq ki, xalqımız üçün mən yox, biz anlayışı var. Bəs xalqımızı necə, düşünürükmü?

Görünən mənzərədən aydın olur ki, bəzilərimiz heç də hər kəsi düşünmür. Yalnız özünü bu infeksiyadan qorumağa çalışan həmin şəxslər istifadə etdikləri tibbi maska və əlcəkləri küçələrə atmaqla digərlərinin həyatını təhlükəyə atırlar. Bu təhlükə ilə hər gün üz-üzə qalanlar isə paytaxtımızın küçələrinin təmiz qalması üçün çalışan Bakı Şəhər İcra Hakimiyyətinin işçiləridir.

Küçəyə atılmış zibillər azmış kimi, bu günlərdə işləri bir az da çoxalıb. İstifadə edilmiş və küçəyə atılan maska, əlcək, salfet, spirt qabları kimi tullantıları da təmizləmək onların vəzifə borcudur. Bəs bu borc onların sağlamlığına təsir etmir? Əlbəttə ki, edir. O zaman onların sağlamlığını qorumaq da bizim üzərimizə düşən bir məsuliyyətdir.

Paytaxt sakinləri də bu məsələni birmənalı qarşılamır:

- Əvvəla, maskanı, əlcəyi ona görə istifadə edirik ki, infeksiyanı özümüzə keçirməyək. Amma bəzi insanlar maskanı, əlcəyi istifadə edib onu sonra atır insanları olduqları yerlərə, yəni ayaq altına atırlar. Amma lazımdır ki, həmin maska, əlcək istifadə edildikdən sonra bir sellofana yığılsın və elə qablaşdırılsın ki, onda olan infeksiya ətrafa keçməsin.

- Atmaq olmaz. Birində bəlkə xəstəlik var, o birinin ayağında evinə gedir. Olmaz.

Bu günlərdə də xalq olaraq bir-birimizə dəstək olmalıyıq ki, çətinliyə qalib gələk. Biz birlikdə güclüyük!