“KİV əməkdaşı şəxsi avtomobili ilə işə gedib-gələ bilər” - Rəsmi
03 aprel 2020 17:26 (UTC +04:00)

“KİV əməkdaşı şəxsi avtomobili ilə işə gedib-gələ bilər” - Rəsmi

“Kütləvi İnformasiya Vasitələrinin əməkdaşlarının şəxsi avtomobilləri ilə işə gedib-gəlməsinə heç bir məhdudiyyət yoxdur”.

Bunu APA-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. O qeyd edib ki, jurnalistlər avtomobildən şəxsi məqsədləri üçün istifadə edə bilməzlər: “Yəni, məsələn, jurnalist avtomobili ilə ailə üzvlərini daşıya bilməz. Onlar avtomobilindən yalnız iş məqsədi ilə istifadə edə bilərlər. Əgər avtomobili idarə edən jurnalistin ailə üzvlərindən kimsə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən fəaliyyətinə icazə verilmiş qurumlardan birində işləyirsə, jurnalist həmin ailə üzvünü də öz avtomobili ilə işə apara bilər”. 

# 1045
avatar

Oxşar yazılar