Nazirlərin görüşü aprelin 6-da keçiriləcək
03 aprel 2020 10:59 (UTC +04:00)

Nazirlərin görüşü aprelin 6-da keçiriləcək

Azərbaycan neft bazarının sabitləşdirilməsi məqsədilə aprelin 6-da video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünə dəvət alıb.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, görüşdə bütün qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

# 873
avatar

Oxşar yazılar