Karantinə əməl etməyən obyekt sahibləri cərimələndi - FOTO
03 aprel 2020 10:37 (UTC +04:00)

Karantinə əməl etməyən obyekt sahibləri cərimələndi - FOTO

Xaçmazda xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə rayon ərazisində patrul xidmətini yerinə yetirərək, elan edilən xüsusi rejimin qaydalarına riayət edilməsinə nəzarət edirlər. Vətəndaşlarla söhbət aparan qanun keşikçiləri, onlara zərurət olmadan çölə çıxmamalarını, aptek və ya ərzaq mağazalarına getdikdə isə özlərinin və ətraflarının sağlamlıqları üçün tibbi maskalardan və əlcəklərdən istifadə etmələrinin vacibliyini bildiriblər.

Həyata keçirilən nəzarət tədbirləri nəticəsində xüsusi karantin rejiminin tələblərini riayət etməyən şəxslərdə aşkarlanıb. Polis əməkdaşları rayon ərazisində 10 obyekt sahibi və 20 vətəndaş təyin olunmuş polis postlarından kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə, həmçinin epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozduqlarına görə inzibati qaydada məsuliyyətə cəlb ediblər.

# 642
avatar

Mehman Nəbiyev

Oxşar yazılar