Azərbaycanda tələbənin FACİƏSİ: qəflətən...
02 aprel 2020 18:11 (UTC +04:00)

Azərbaycanda tələbənin FACİƏSİ: qəflətən...

Biləsuvarda tələbənin qəfildən dünyasını dəyişməsi ilə bağlı bir sıra təfərrüatlar ortaya çıxıb.

Lent.az xəbər verir ki, hadisə rayonun Amankənd kəndində baş verib. 18 yaşlı Aqşin Məmmədov yaşadığı evdə qəfildən dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, Aqşin əvvəllər ürək çatışmazlığından əziyyət çəkib. Nənəsi Aqşini sağaltmaq üçün Azərbaycandan əlavə, Moskva və digər şəhərlərin böyük xəstəxanalarına aparıb. Həkimlər onun 18 yaşı keçdiyi təqdirdə yaşayacağını deyiblər. Məlumata görə, o, həyətlərində maşından yük boşaltmaq üçün əmisi oğluna kömək edib. Əmisi oğlu kisəni maşından çəkərkən Aqşinin yerə yıxıldığını görüb.

Hadisə ilə əlaqədar araşdırma aparılır. Qeyd edək ki, 18 yaşlı Aqşin Məmmədov Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsidir.

Faktla bağlı ilk məlumatı "report" yayıb.

# 5222
avatar

Mehman Nəbiyev

Oxşar yazılar