Karantin rejimini pozan yeniyetmə güllələndi
02 aprel 2020 13:47 (UTC +04:00)

Karantin rejimini pozan yeniyetmə güllələndi


Keniya polisi öz evinin eyvanında oynayan 13 yaşlı oölanı güllələyib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, onun bu addımla koronavirusun yayılması təhlükəsizliyinə görə tətbiq olunan komendant saatını pozduğu bildirilir. 

Məlumata görə, Yasin Moyo adlı yeniyetmə eyvanda 20 dəqiqəyə yaxın oturub, sonra yerli polis onun qarın nahiyəsinə atəş açıb. Onu xəstəxanaya yerləşdirsələr də, yarası güclü olduğundan vəfat edib. 

Keniya prokurorluğunun rəhbəri faktla bağlı araşdırma aparılmasına göstəriş verib. Onun sözlərinə görə, polis təsadüfən atəş açıb. 

Son məlumata görə, Keniyada 81 nəfər koronavirusa yoluxub. Hakimiyyət artıq komendant saatı tətbiq edib. Polis dəfələrlə qayda pozucularına qarşı kifayət qədər qəddar davranmaqda günahlandılıb.

 

# 2308
avatar

Oxşar yazılar