
"Bir səbəb olmadan evdən çıxmağı özümüzə qadağan etməliyik" - Qərargah

"Bu gün həkimlərimiz, gizli qəhrəmanlarımız var, insanların həyatlarını xilas etməyə çalışırlar".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli bildirib. V. Kərimli deyib ki, avtobuslar xətlərə çıxan zaman texniki cəhətdən saz olmalıdır: "Bu gün və dünən hər hansı qəza, vətəndaşlarımızın xəsarət alması baş vermədi. Bir qəza həkimlərin işinin artması deməkdir”.
V. Kərimli qeyd edib ki, 2016-cı ilin bu günlərində aprel döyüşləri olub, bu döyüşlər zəfərlə başa çatıb: “Orada ön cəbhədə olan əsgərlərimiz, burada ön cəbhədə olan həkimlərimizdir. Bir səbəb olmadan evdən çıxmağı özümüzə qadağan etməliyik. İndiyə qədər nə səhiyyə, nə də nəqliyyat belə fors-major hala hazır olub. Dövlətin məqsədi vətəndaşı maksimum təhlükədən qorumaqdır. Bunun da yeganə yolu hazırda özünütəcriddir. Ali Baş Komandan 4 dəfə vətəndaşlara müraciət etdi. Birinci vitse-prezident Mehriban Əliyeva da bir xanım, ana kimi təhlükəni görərək insanlarımıza müraciət etdi. KİV də vətəndaşları daha çox maarifləndirməlidir”.

Oxşar yazılar

Balaca Aylanın vəziyyəti yenə pisləşdi – YARDIM EDƏK
25 yanvar 2021 , 18:45
Koronavirus statistikası: 57 nəfər yoluxdu, 273 nəfər sağaldı, 11 nəfər öldü
25 yanvar 2021 , 18:31
FHN-dən bu ərazilərə gedənlərə və yaşayanlara MÜRACİƏT
25 yanvar 2021 , 16:33
"Kontakt Home"un bu reklamı mütəxəssisləri ayağa qaldırdı - FOTO
25 yanvar 2021 , 16:11
Didərgin düşdüyü yurdda şəhidliyə ucalan qəhrəman: “Ölsəm, dərdim yoxdu...”
25 yanvar 2021 , 14:46
Azərbaycana növbəti peyvəndin gətiriləcəyi tarix AÇIQLANDI
25 yanvar 2021 , 13:12
Sabahın HAVA PROQNOZU
25 yanvar 2021 , 12:54
Yusif, Əli, Zəhra, Zeynəb... - Azərbaycanda uşaqlara ən çox verilən ADLAR
25 yanvar 2021 , 12:21