Yaşa görə koronavirusdan ölüm ehtimalı nə qədərdir? – AÇIQLAMA
01 aprel 2020 19:30 (UTC +04:00)

Yaşa görə koronavirusdan ölüm ehtimalı nə qədərdir? – AÇIQLAMA

COVID-19 səbəbindən xəstəxanaya yerləşdiriləcək və ölüm ehtimalının artması xəstənin yaşından asılıdır. 

Lent.az xarici KİV-ə istinadla bildirir ki, bu hesablamanı britaniyalı alimlər “The Lancet Infectious Diseases” jurnalındakı məqalədə təqdim ediblər. 

Məqalədə qeyd edilir ki, koronavirusa yoluxma ilə xəstəxanaya yerləşdirilmə riski 0-9 yaşında olan uşaqlar üçün 0 faizdir. 10-19 yaşlılar üçün bu göstərici 0,1 faiz təşkil edir. 20-29 yaşında olanlarda 1, 30-39 yaşlılarda 3,4, 40-49 yaşlılarda 4,3, 50-59 yaşlılarda 8,2, 60-69 yaşlılarda 11,8, 70-79 yaşlılarda 16,6 faizdir. COVID-19-a görə xəstəxanaya yerləşdirilmə ehtimalı daha yaşlı insanlarda maksimum həddədir və 18,4 faiz təşkil edir. 

Məqalədə bildirilir ki, koronavirusa görə ölüm ehtimalı yaşı 39 və ondan aşağı olanlar üçün 0 faizdir. 40-49 yaşda olan insanlarda bu göstərici 0,2, 50-59 yaşlılarda 0,6, 60-69 yaşlılarda 2 faizdən bir qədər az, 7079 yaşlılarda 4,4, yaşı 80 və daha yuxarı olanlarda isə 7,8 faizdir. 

Mütəxəssislərin qiymətləndirməsinə görə, COVID-19 pandemiyasının başa çatana qədər dünya əhalisinin 50-80 faizi yoluxa bilər. Alimlərin bu hesablaması Çində 44 700 yoluxma halının qeydə alınması rəqəminə əsaslanıb. 

 

# 2255
avatar

Oxşar yazılar