1488
14:50
01 Aprel 2020

Koronavirusa görə özünü təcrid edən kişinin FACİƏSİ: vanna otağında...


Moskvanın şimalında koronavirusa görə özünü təcrid edən 30 yaşlı içkili rusiyalı vanna qəbul edərkən boğulub.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, kirayəyə götürülən mənzildə 3 nəfər yaşayıb – onlar elektrik işləyirlər. Onlardan ikisi Yekatirinburqdan, biri Novosibirskdən gəlib. Kirayə haqqını işlədikləri şirkət ödəyir.

Martın 28-də kişilər evdə qalıblar, demək olar mənzili tərk etməyiblər. Onlar əvvəlcədən araq və yemək də alıblarmış. Aprelin 1-nə keçən gecə kişilərdən biri vanna otağına gedib, digərləri yatıblar. Onlardan biri gecə vanna otağından mənzilə yayılan su səsinə görə ayılıb və otağın qapısını qıraraq içəri girib. O, suyun içindəki meyitlə rastlaşıb.