Təhsil Nazirliyi teledərslərin effektivliyini yoxlayacaq
01 aprel 2020 10:37 (UTC +04:00)

Təhsil Nazirliyi teledərslərin effektivliyini yoxlayacaq

Məktəblərdə tədris bərpa olunduqdan sonra təxirə salınan mövzular üzrə böyük qiymətləndirmə planlaşdırılır.

Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini Orxan Abbasov deyib

Onun sözlərinə görə, qiymətləndirmə nəticəsində teledərslərin effektivliyi və şagirdlərin proqramdan geri qalıb-qalmadığı müəyyən olunacaq.

O.Abbasov qeyd edib ki, bunun nəticəsində müvafiq addımların atılması məqsədilə təkliflər hazırlanaraq hökumətə təkliflər təqdim ediləcək.

# 692
avatar

Oxşar yazılar